Türkiyə prezidentinin müşavirinin qardaşına sui-qəsd edilib

Türkiyə prezidentinin müşavirinin qardaşına sui-qəsd edilib backend

Türkiyə prezidentinin müşaviri, sabiq nəqliyyat naziri Binəli Yıldırımın qardaşı İlhami Yıldırım İstanbulda naməlum şəxslərin silahlı hücumuna məruz qalıb.

APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, İstanbul Qızıl Aypara Cəmiyyətinin şöbə müdiri olan İlhami Yıldırım olay zamanı güllə yarası almayıb.

Atılan güllələrdən biri onun 31 yaşlı sürücüsünün qarnına dəyib. Dərhal xəstəxanaya yerləşdirilən sürücünün vəziyyətinin normal olduğu bildirilir. Güllələrdən qorunmaq üçün avtomobilindən enən İ.Yıldırım dizindən yüngül zədə alıb.

Hücum edənlər qaçıb gizlənə biliblər. Hazırda faktla bağlı araşdırma aparılır.
Diaspora