Aİ İrana qarşı sanksiyaları ilin sonunadək dondurur

Aİ İrana qarşı sanksiyaları ilin sonunadək dondurur backend

Aİ İrana qarşı sanksiyaları ilin sonunadək (sanksiyalar tam ləğv edilənədək) donduracaq. APA-nın məlumatına görə, bu barədə “TASS”a Avropadakı mənbə bildirib.

“Saziş imzalandıqdan sonra sanksiyalar ilin sonunadək dondurulacaq, bu müddət ərzində onların tam ləğv edilməsi üçün bütün məsələlər razılaşdırılacaq”, deyə diplomat bildirib.

Onun sözlərinə görə, bu qərar artıq bu gün, iyulun 14-də qəbul edilə bilər, çünki hazırda Aİ-nin İrana qarşı sanksiyaların dayandırılmasına dair qərarının müddəti iyulun 13-dək qüvvədə olub.

Məlumata görə, 2015-ci ilin sonunadək İranın nüvə proqramında hərbi istiqamətin olub-olmamasına aydınlıq gətirilməsi sanksiyaların aradan qaldırılması üçün əsas şərtdir.
Diaspora