Arseni Yatsenyuk Obama və Baydenlə görüşüb

Arseni Yatsenyuk Obama və Baydenlə görüşüb backend

Ukraynanın baş naziri Arseni Yatsenyukun başçılıq etdiyi nümayəndə heyəti ABŞ-Ukrayna investisiya forumuna qatılmaq üçün Vaşinqtona səfər edib. APA-nın Ukrayna xəbər agentliklərinə istinadən verdiyi xəbərə görə, protokolda ABŞ-ın vitse-prezidenti Co Baydenlə görüş nəzərdə tutulsa da, prezident Barak Obama da Yatsenyukla görüşüb.

“Prezident Obama və vitse-prezident Bayden Ukraynanın ərazi bütövlüyü və suverenliyinə qəti dəstək ifadə edərək Rusiyanın Minsk razılaşmalarında nəzərdə tutulan öhdəliklərini yerinə yetirənə qədər bu ölkəyə qarşı sanksiyaları qüvvədə saxlayacaqlarını bildirdilər”, - deyə Ağ Evin açıqlamasında qeyd olunur.

Obam və Bayden Minsk sazişinin yerinə yetirilməsində göstərdiyi səylərə, eləcə də Konstitusiya islahatları və mərkəzləşdirmənin azaldılmasına dair layihələri parlamentə təqdim etdiyinə görə Ukrayna hökumətini tərifləyiblər. Onlar Beynəlxalq Valyuta Fondunun tələbləri əsasında iqtisadi islahatlar aparmağın vacibliyini A. Yatsenyukun diqqətinə çatdırıblar.
Diaspora