Britaniya şahzadəsi Uilyam aeroportda işə düzəlib

Britaniya şahzadəsi Uilyam aeroportda işə düzəlib backend

İngiltərə taxtının varislərindən ola Şahzadə Uilyam yeni işinə başlayıb.



Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, şahzadə pilot kursunu keçdikdən sonra hava limanında işləməyə qərar verib. Səhər saat 7-də o, ilk dəfə işə gedərkən sosial şəbəkədəki profilində yazıb:

"Bu mənim ilk günüm, həyəcanlıyam. Yağışlı havada başladım. Bu təhsil böyük zəhmət və səbir tələb edirdi. Amma artıq iş başındayam...".

Uilyam hələlik köməkçi pilot kimi işləyəcək, hər gün 9 saat yarım çalışacaq və maaş alacaq. O, artıq indidən maaşını yardım üçün bağışlayıb.

Şahzadə Uilyam mayda ikinci dəfə ata olduqdan sonra ailəsi ilə vaxtının çoxunu Norfolkdakı evlərində keçirir.
Diaspora