“Altılıq” və İran arasında Tehranın nüvə proqramına dair əldə olunan razılaşma barədə bəyanat bu gün səhər ən tezi 10.00-da (Bakı vaxtı ilə 12.00-da) açıqlanacaq. QAZİLER.AZ saytının APA-a istinadən məlumatına görə, bu barədə “İnterfaks”a danışıqların gedişatı ilə tanış olan mənbə bildirib.
“Bəyanat, böyük ehtimalla, ən tezi saat 10.00-da veriləcək”, deyə mənbə bildirib.
Bəyanat BMT-nin Vyanadakı mənzil qərargahında səsləndiriləcək.
Bundan əvvəl Vyananın “Koburq” otelində “altılıq” ölkələrinin XİN rəhbərlərinin görüşü keçirilib.
İran XİN rəhbəri Məhəmməd Cavad Zərif “altılıq” ölkələri ilə danışıqların iyulun 14-də başa çatacağını istisna etməyib.
“İranın nüvə proqramına dair danışıqlar, çox ehtimal ki, iyulun 14-də sona çatacaq”, deyə Məhəmməd Zərif Press TV-yə bildirib.