Hindistan və Çin əsgərləri arasında toqquşma olub.
APA-nın “Times of India”ya istinadən verdiyi xəbərə görə, toqquşma Hindistan ərazisində Naku-La keçidində baş verib.Bildirilib ki, ölkə ərazisinə girməyə cəhd edən Çin hərbçilərinin qarşısı Hindistan hərbçiləri tərəfindən alınıb.
Toqquşma zamanı 20 çinli və 4 hindistanlı əsgər yaralanıb. Ərazidə vəziyyətin artıq nəzarət altında olduğu bildirilir.
Qeyd edək ki, toqquşma Hindistan və Çinin yüksək rütbəli hərbiçiləri arasında hərbi danışıqların doqquzuncu mərhələsi keçirilən ərəfədə baş verib.