Əfqanıstanda təhlükəsizlik qüvvələri ilə "Taliban" hərəkatının döyüşçüləri arasında silahlı qarşıdurma baş verib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, insident nəticəsində bir neçə hərbçi yaralanıb. Hadisə ölkənin şimalında yerləşən Balh əyalətində qeydə alınıb.Məlumata görə, “Taliban” döyüşçüləri blokposta hücum ediblər, atışma nəticəsində altı hərbçi xəsarət alıb.
Silahlı toqquşma nəticəsində “Taliban”ın beş döyüşçüsü öldürülüb, daha üç nəfər isə yaralanıb.