BƏƏ Kosmik Agentliyinə Dubay vəliəhdi rəhbərlik edəcək

BƏƏ Kosmik Agentliyinə Dubay vəliəhdi rəhbərlik edəcək backend

Dubay vəliəhdi şeyx Həmdan bin Məhəmməd bin Rəşid Əl-Məktum Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) rəsmən təsis edilən Kosmik Tədqiqatlar Agentliyinə rəhbər təyin edilib.



Agentliyin yaradılması ilə bağlı qanunu BƏƏ-nin vitse-prezidenti və baş naziri, Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Məktum imzalayıb. Agentlik BƏƏ-nin kosmik proqramlarını dəstəkləyəcək və ərəb dünyasında ilk olacaq və altı ildən sonra Marsa göndəriləcək birinci kosmik zondun layihəsi ilə məşğul olacaq.

Bundan başqa, agentlik kosmos elmi sahəsində yerli kadrların, bu sahədə innovativ texnologiyaların, elmi beynəlxalq proqramların hazırlanmasına məsuliyyət daşıyacaq və kosmik tədqiqatları maliyyələşdirəcək.

Ötən il BƏƏ Kosmik Agentliyin yaradılması və “Əl Amal” (Ümid) adlanan zondun buraxılışı ilə bağlı planlarını açıqlayıb. Zondun saatda 40 min kilometr sürətlə 60 milyon kilometr məsafəni qət edərək 200 sutkaya ölkənin yaradılmasının 50 illiyi tarixində (1 dekabr 2021-ci il) Marsa çatacağı gözlənilir. Missiya zamanı zond planetin atmosferi və iqlimi haqqında informasiyanın olduğu 1 terabayt tutumlu məlumat ötürəcək. Bildirilir ki, bu məlumatlardan dünyanın 200-dən çox elmi müəssisəsinin minlərlə mütəxəssisi istifadə edəcək.

Hazırda zond üzərində 75 alim çalışır. 2020-ci ilədək BƏƏ onların sayını 150 nəfərədək artırmağı planlaşdırır.

Son illər ərzində BƏƏ-də kosmik texnologiyaların inkişafına yatırılan investisiyaların həcmi 20 milyard dirhəmi (5 milyard dollar) ötüb. Burada söhbət xüsusilə televiziya yayımı və rabitə üçün peyklərdən gedir, - “RİA Novosti” yazır.
Diaspora