Rumıniya Baş naziri fırıldaqçılıqda ittiham edildi

Rumıniya Baş naziri fırıldaqçılıqda ittiham edildi backend

Rumıniya Baş naziri Viktor Pontaya qarşı fırıldaqçılıq, vergidən yayınma və çirkli pulların yuyulması maddələri üzrə ittiham irəli sürülüb.

QAZİLER.AZ saytının Trend-ə istinadən verdiyi məlumata görə, V.Pontaya qarşı ittiham barədə məlumat Baş nazirin Antikorrupsiya İdarəsinin əməkdaşları tərəfindən dindirilməsindən sonra yayılıb.

İyunun əvvəlində məlum olmuşdu ki, V. Ponta çirkli pulların yayılmasında, sənədlərin saxtalaşdırılmasında və vergidən yayınmaqda şübhəli bilinir.

Ölkə Prezidenti Klaus Yohannis Baş naziri istefaya getməyə çağırmışdı. O isə buna cavab olaraq yalnız parlamentin qərarından sonra istefaya gedə biləcəyini və günahsız olduğunu sübut edəcəyini bildirmişdi.
Diaspora