London polisi Hitrou aeroportunda etiraz aksiyasının 6 iştirakçısını həbs edib. QAZİLER.AZ saytının Trend-ə istinadən verdiyi məlumata əsasən, bu barədə Skotlend-Yard xəbər verir.
Etiraz aksiyasının iştirakçıları Britaniyanın ən böyük aeroportunun genişlənmə planı və ətraf mühitin çirklənməsindən narazıdırlar.
Ümumilikdə 13 nəfərin iştirak etdiyi aksiyada 6 nəfərin saxlanmasına səbəb mülki aviasiya qaydalarının pozulması olub.
Hitrou nümayəndələri bəzi təyyarələrin uçuşunda gecikmə olacağı barədə sərnişinləri xəbərdarlıq edib. Xüsusilə, Sankt-Peterburq, Frankfurt, Cenevrə, Vyana, Berlin, Mançester, Osloya olan uçuşlar təxirə salınıb.