ABŞ, Afrika ölkələrinə insansız təyyarələr yerləşdirəcək. ABŞ bir neçə Şimali Afrika ölkələrinə Liviyadakı İŞİD qüvvələri ilə mübarizə aparmaq üçün insansız təyyarələr yerləşdirməyi planlaşdırır.
“Wall Street Journal”, ABŞ-ın bu məqsədlər Şimali Afrika ölkələri ilə görüşdüyünü və bölgəyə insansız təyyarlələr yerləşdirmək istədiyini bildirib.Qeyd edək ki, hələ heç bir Şimali Afrika ölkəsi ABŞ-ın bu təklifini qəbul etməyib. Səbəb olaraq İŞİD-in təklifi qəbul edən ölkələri hədəf alacağından qorxulduğu bildirilir.