Fransada etiraz aksiyası: 10-dan çox polis xəsarət alıb

Fransada etiraz aksiyası: 10-dan çox polis xəsarət alıb backend

Bu gün Fransada keçirilən etiraz aksiyasında 75 nəfər saxlanılıb.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Aksiya yerli vaxtla saat 14:00-da (Bakı vaxtı ilə saat 17:00) başlayıb. Etirazçılar Bastiliya meydanına doğru yürüş ediblər. Təhlükəsizliyin təmin edilməsi üçün paytaxta hüquq-mühafizə orqanlarının xeyli sayda əməkdaşı cəlb olunub.

2021-ci ildə ölkədə keçirilən ilk etiraz aksiyasının iştirakçıları “Qlobal təhlükəsizlik haqqında” qanun layihəsinin bir sıra müddəalarına qarşı çıxıblar. Qanun layihəsinə hazırda Fransa parlamentində baxılır.

Məlumata görə, etiraz aksiyası zamanı baş verən toqquşmalarda 12 polis əməkdaşı xəsarət alıb.
Diaspora