Əhməd Londonda qida bankının rəhbəri təyin olundu - FOTO

Əhməd Londonda qida bankının rəhbəri təyin olundu - FOTO backend

Britaniya müsəlman icmasının fəal üzvü olan londonlu Muddassar Əhməd ölkənin ən böyük qida banklarından birinin başçısı seçilib.

Moderator.az xəbər verir ki, bu haqda “ArabNews” nəşri məlumat yayıb.

Pakistan əsilli iş adamı koronavirus pandemiyasının tüğyan etdiyi ölkədə yoxsulluq və aclığa qarşı mübarizəyə rəhbərlik edəcək.

Bu günədək Əhməd ingilis hökumətinə islamofobiya mövzusunda məsləhətlər verirdi. Hazırda isə “Bow Food Bank”-ın rəhbəridir. O, xüsusilə etnik azlıqlar arasında koronavirus pandemiyasıyla əlaqəli yoxsulluqla mübarizə aparır.

“Həyatda ölkənizdəki insanların yaxşı qidalanmasını təmin etməkdən daha vacib nə ola bilər? Bundan daha vacib bir şey düşünə bilmərəm ”-deyə Əhməd yeni işi barədə danışarkən bildirib.

Qeyd edilir kiŞ hər həftə “Bow Food Bank”dan 750 böyük və 1100 uşağa yardım edilir.
Diaspora