Əməliyyata gedərkən dördayaqlı dostunu çiynində daşıyan türk əsgəri

Əməliyyata gedərkən dördayaqlı dostunu çiynində daşıyan türk əsgəri backend

Türk komandoları hərbi əməliyyat zamanı onların yanında olan köpəyi çayı keçərkən çiyinlərində daşıdılar

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, İraqın şimalındakı Hakurk bölgəsində əməliyyat-axtarış fəaliyyətlərinə davam edən türk hərbçiləri terror təşkilatı PKK-ya aid olan yeni sığınacaq və anbarlar müəyyən ediblər.

Əməliyyat zamanı komandolara yoldaşlıq edən köpəyi çayı keçərkən əsgərlər öz çiyinlərində daşıyıblar.

Yaşanan qəlbləri isidən o anlar Milli Müdafiə Nazirliyi tərəfindən sosial mediada paylaşılıb.

Görüntülər izləyicilər tərəfindən rəğbətlə qarşılanıb.

Sözügedən videogörüntüləri təqdim edirik:

Diaspora