Çinin cənub-şərq bölgəsində “Çan-xom” qasırğasının yaxınlaşmasına görə 60 min insan təhlükəsiz ərazilərə evakuasiya edilib.
QAZİLER.AZ saytının APA-a istinadən verdiyi xəbərə görə, Çinin milli meteoroloji xidmətinin məlumatına əsasən, şiddətli qasırğa Çjetsyan vilayətinə iyulun 11-də, səhər saatlarında çatacaq.Adıçəkilən vilayətdə ictimai nəqliyyatın, qatar və bərələrin hərəkəti dayandırılıb, onlarla aviareys ləğv edilib.
Meteoroloqlar küləyin sürətinin 200 km/s-dək arta biləcəyini qeyd edir.
Qeyd edək ki, bu həftə Filippində 5, Yaponiyada isə azı 23 nəfər “Çan-xom” qasırğasının qurbanı olub.