Yəməndə atəşkəs rejimi qüvvəyə mindi

Yəməndə atəşkəs rejimi qüvvəyə mindi backend

Yəməndə BMT-nin vasitəçiliyi ilə beşgünlük atəşkəs rejiminin tətbiqinə dair razılaşma qüvvəyə minib.



QAZİLER.AZ saytının APA-a istinadən verdiyi məlumata görə, atəşkəs Ramazan ayının sonunadək davam etməlidir.

Atəşkəs rejimi beynəlxalq təşkilatlar tərəfindən 1 milyondan artıq Yəmən sakini üçün humanitar yardımın çatdırılmasına şərait yaratmalıdır.

Qeyd edək ki, ərəb koalisiyası atəşkəs tətbiq edilməzdən bir neçə saat əvvəl ölkənin bir neçə regionunda husilərin mövqelərinə hava zərbələri endirib. Nəticədə Yəmənin şimal bölgəsində 7 nəfərin öldüyü bildirilir.

Yəməndə beşgünlük atəşkəs rejimi ilk dəfə may ayında tətbiq edilmişdi.

Qeyd edək ki, Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası martın 26-dan Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir.
Diaspora