Qırğızıstanın dövlət başçısı vəzifələrini icra edən Sadır Japarov seçki məntəqələrinin 90,06%-ində səslərin hesablamasından sonra vaxtından əvvəl keçirilən prezident seçkilərin birinci turunda 79,15% nəticə ilə qalib gəlir.
Qazilər.az xəbər verir ki, bunu respublikanın Mərkəzi Seçki Komissiyasının (MSK) portalında dərc edilmiş son məlumatlar göstərir.Məlumatlara görə, onun ən güclü rəqibi sayılan Adaxan Madumarov 6,56% səs yığıb.
Ölkənin 90,1% seçki məntəqəsinin məlumatına əsasən Qırğızıstanda prezident modeli ilə bağlı idarə üsuluna referendumda 80,%-dən çox seçisi səs verib. Vətəndaşların 10,83 faizi parlament idarə üsulunu dəstəkləyib, hər iki varianta qarşı səs verənlər 4,41% təşkil edib.