Roma Papası Fransisk gələn həftə koronavirus əleyhinə peyvənd ediləcək.
Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.Məlumata görə, Papa peyvənd edilməyin zəruriliyini bildirib. O, qeyd edib ki, bu, etik nöqteyi-nəzərdən lazımdır. Çünki belə insan yalnız özünü müdafiə etmir, həm də başqasını qoruyur.
"Gələn həftə biz burada - Vatikanda vaksinləməyə başlayacağıq və mən yer saxladım. Belə etmək belə lazımdır", - pontifik deyib.
Pandemiyanın başlanğıcından dünyada 89 milyondan çox COVID-19 xəstəsi qeydə alınıb, 64 milyon pasiyent sağalıb, 1,9 milyondan çox insan ölüb.