Bu gün Qırğızıstanda növbədənkənar prezident seçkiləri və idarə üsulu məsələsi ilə əlaqədar referendum keçiriləcək.
TASS xəbər ki, bu barədə respublikanın seçkilərin və referendumun keçirilməsi üzrə Mərkəzi Seçki Komissiyasından bildiriblər."Növbədənkənar seçkilər istənilən seçici iştirakı ilə, amma referendum 30 faizdən yuxarı vətəndaş fəallığı ilə baş tutmuş sayılacaq", - MSK üzvü Gülnarə Jurabayeva bildirib.
Onun sözlərinə görə, birinci turda məntəqələrə gəlmiş seçicilərin yarıdan çoxunun səs verəcəyi namizəd qələbə qazana bilər. İkinci iddiaçılardan heç biri 50 faizdən çox səs yığmasa, seçkilərin ikinci turu keçiriləcək.