Ərdoğandan Zelenskiyə: Mübarizə aparacağıq!

Ərdoğandan Zelenskiyə: Mübarizə aparacağıq! backend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Vladimir Zelenskinin mesajına cavab verib.

Axar.az xəbər verir ki, Türkiyə prezidenti bu barədə Tvitter hesabında yazıb.

“Dəyərli dostum Zelenski, ukraynalı dənizçilərin evlərinə sağ-salamat qayıtmasına sevindik. Birlikdə bütün dostlarımız, dünyanın hər yerində yaşayan qardaşlarımız üçün mübarizə aparacağıq”, - Ərdoğan bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl Zelenski Liviyada tutulan Ukrayna dənizçilərinin evakuasiyasına görə Ərdoğana təşəkkür etmişdi.
Diaspora