Nensi Pelosi: “Tramp Putinin köməkçisidir”

Nensi Pelosi: “Tramp Putinin köməkçisidir” backend

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi prezident Donald Trampın hərəkətlərini Rusiya prezidenti Vladimir Putin üçün “hədiyyə” adlandırıb.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

“Bu prezident (Donald Tramp – Red) Putinin alətidir. Putinin məqsədi dünyada demokratiyanın rolunu, nüfuzunu azaltmaq idi. O bununla məşğul idi. Və bu istiqamətdə uzun müddət köməkçisi Donald Tramp olub. Prezident dünən Putinə hədiyyələrin ən böyüyünü verdi” - deyə, Pelosi keçirdiyi mətbuat konfransında deyib.

Pelosi həmçinin prezident Donald Trampın hakimiyyətdən kənarlaşdırılması üçün ABŞ Konstitusiyasına 25-ci düzəlişin müddəalarından istifadə edilməsinin lehinə olduğunu bildirib.

Bundan əvvəl Demokratlar Partiyasının Senatdakı lideri Çak Şumer eyni bəyanatla çıxış edərək vitse-prezident Mayk Pensə çağırış etmişdi.
Diaspora