Rəsmi Tehran uranın zənginləşdirilməsini 90 faizə çatdıra bilər.
Qazilər.az Axar.az-a istinadla xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının sözçüsü Bəhruz Kamalvəndi bildirib.Onun sözlərinə görə, MAQATE də daxil olmaqla, beynəlxalq strukturlar uranın 20 faiz və ya daha çox səviyyəyə qədər zənginləşdirildiyi təqdirdə onu (uranı — red.) silah hesab edir. Lakin bir qayda olaraq nüvə silahı istehsal etmək üçün 90 faizlik uran lazımdır:
“İstənilən faizə etibarlı şəkildə çata bilərik və zənginləşdirmə səviyyəsində 40, 60 və 90 faizlik uran istehsal etmək mümkündür".
Qeyd edək ki, nüvə razılaşmasına görə, İran uranı 3.67 faiz səviyyəsində zənginləşdirə bilər.
İran isə 4 yanvardan uranın zənginləşdirilməsini 20% səviyyəsinə qaldırıb.