Yunanıstan radikal islahatlara getməyə hazırdır

Yunanıstan radikal islahatlara getməyə hazırdır backend

Yunanıstan Avropa Qrupunun rəhbərliyinə kreditorlarla sazişin əldə olunmasına dair yeni təkliflərini göndərib. Bundan sonra, Nazirlər Kabinetinin iclası başa çatan kimi sənəd baxılması üçün parlamentə göndəriləcək.



AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, deputatlar Aleksis Tsipras hökuməti tərəfindən təqdim olunan islahatlar paketini qiymətləndirməli, həmçinin Baş nazirə, onun müavini Yannis Draqasakisə və maliyyə naziri Evklid Takalotosa Brüsseldə bu təklif əsasında danışıqlar aparmaq üçün səlahiyyət verməlidir.

Yunanıstanın büdcə qənaətinə dair yeni tədbirləri iyulun 12-də Avropa İttifaqının sammiti başlanana qədər yardım proqramının bütün iştirakçıları tərəfindən razılaşdırılmalıdır.

Bəs son danışıqlar nəticəsiz qaldıqdan sonra Afina hansı tədbirlərə əl atacaq? Yunanıstan hökuməti ilk növbədə təqaüd sisteminin islahatlarına, 2016-cı ilin sonuna qədər müdafiə ilə bağlı xərclərin 300 milyon avro həcmində ixtisarına, dəniz nəqliyyatı kompaniyalarının vergilərinin artırılmasına və adaları vergi güzəştlərindən azad etməyə, həmçinin dövlət əmlakının özəlləşdirilməsi qrafikini tərtib etməyə söz verib.

Yunanıstan cavab olaraq 2018-ci ilin sonuna qədər dövlət borcu öhdəliklərini bağlamaq üçün 53,5 milyard avro həcmində yeni maliyyə yardımı proqramının təqdim olunmasına ümid edir.
Diaspora