ABŞ İranın BƏƏ-dəki hesablarından 7 milyon dollar müsadirə edib

ABŞ İranın BƏƏ-dəki hesablarından 7 milyon dollar müsadirə edib backend

ABŞ rəhbərliyi İranın BƏƏ-dəki hesablarından 7 milyon dollar geri çəkib və həmin vəsaiti dövlətlər tərəfindən dəstəklənən terror qurbanlarına yardım fonduna köçürəcək.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin yaydığı bəyanatda deyilir.

Vaşinqtonun qənaətinə görə, bu vəsaitlər ABŞ sanksiyalarından yayınmaqla dünyanın müxtəlif hesablarına təxminən 1 milyard dollar köçürülməsi üçün hazırlanmış maliyyə sxemində istifadə olunub. Birbaşa geri çəkilən 7 milyon dollar BƏƏ-nin dövlət investisiya fondunda saxlanılırdı.

Həmin vəsait BƏƏ rəsmilərinin razılığı əsasında ABŞ tərəfindən müsadirə edilib.

“Bugünkü razılaşma bu müsadirə işinin həllinə icazə verir və həmin 7 milyon dollar vəsaitin ABŞ-ın lehinə ələ keçirilməsi təklif olunur”, - sənəddə belə deyilir.

Bundan sonra Alyaska ştat məhkəməsinin qərarı təsdiqləməsi lazımdır. Yalnız bundan sonra vəsait adıçəkilən fonda köçürüləcək.
Diaspora