Koronavirusun yayılmasından sonra ölkəsində heç bir yoluxma hadisəsinin qeydə alınmadığını iddia edən Şimali Koreya Vaksin və İmmunizasiya üzrə Qlobal Alyansdan (GAVI) vaksin tələb edib.
Qazilər.az bildirir ki, bu barədə “Wall Street Journal” xəbər yayıb.GAVI hələlik bu mövzuda açıqlama verməyib.
Pxenyan hökumətinin nümayəndələri ölkədə şübhəli hallar zamanı indiyədək minlərlə test həyata keçirilsə də, yoluxma hadisəsinin qeydə alınmadığını bildiriblər.
KXDR ötən il virusun yayılmasından sonra bütün ölkələrlə sərhədlərini tamamilə bağlamış və beynəlxalq səyahətləri qadağan etmişdi.
Oxu.az