Ümumdünya Səhiyyə Təşkilatı İsrail həbsxanalarındakı məhbusların peyvənd edilməsi üçün rəsmi Təl-Əvivə təzyiq göstərməlidir.
Qazilər.az Axar.az-a istinadla xəbər verir ki, bunu İslami Cihad Hərəkatının rəhbərlərindən Əhməd əl-Müdəlləl deyib.O, həbsxanalardakı fələstinlilərin pandemiya səbəbindən təhlükədə olduğunu bildirib və məhbusların da vaksinasiya edilməsini tələb edib.
Qeyd edək ki, İsrailin “Haaretz” qəzeti həbsxanalardakı fələstinli məhbuslara peyvənd vurulmasının qadağan edildiyini yazıb.