Türkiyədə 15 dövlət məmuru saxlanılıb

Türkiyədə 15 dövlət məmuru saxlanılıb backend

Türkiyədə torpaq kadastrı və alqı-satqı üzrə dövlət orqanının 15 məmuru saxlanılıb. Trend bu barədə “Sabah” qəzetinə istinadən xəbər verir.

Həbsin səbəbi sənədlərin saxtalaşdırılması və korrupsiya ittihamıdır.

Məlumatda həmçinin deyilir ki, məmurlar şəxsi məlumatların ötürülməsində təqsirli bilinirlər.

Saxlanılanların hamısı Türkiyə vətəndaşlarıdır. Onların adları açıqlanmır.
Diaspora