Dünən cümə namazını qılmaq üçün Ayasofya məscidinə gedən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təkbir səsləriylə qarşılanıb.
Qazilər.az xəbər verir ki, Ərdoğan məscidə girər-girməz böyük həyəcan yaşanıb. Belə ki, məsciddə olanların bəziləri ayağa qalxıb Ərdoğanı qarşılamaq istəyib, lakin dərhal “ayağa qalxmayın” xəbərdarlığı edilib.Daha sonra Ərdoğanı görənlər sevgisini saxlaya bilməyərək təkbir gətirib, “rəis” deyərək ona səsləniblər. Ərdoğan isə insanların arasından keçərək namaz qılacağı yerdə oturub.
Həmin anlar kameralara belə yansıyıb: