Tramp tətilini yarımçıq saxlayıb geri döndü: İranın Süleymani intiqamı...

Tramp tətilini yarımçıq saxlayıb geri döndü: İranın Süleymani intiqamı... backend

ABŞ Prezidenti Donald Trampın Yeni il tətilini keçirdiyi Florida ştatındakı qolf klubundan təcili olaraq Vaşinqtona qayıtması diqqətdən yayınmayıb.

Qazilər.az Teleqraf.com-a istinadla xəbər verir ki, prezidentin bu addımı ABŞ mediasında müxtəlif spekulyasiyalara səbəb olub.

Trampın tətildən geri dönməsi rəqibi Co Baydenin prezidentliyinin qeydə alınacağı 6 yanvarda keçiriləcək Konqresin iclası və ya İranın ABŞ-a mümkün intiqamı ilə bağlı olduğu önə sürülür.

Qeyd edək ki, ötən il yanvarın 3-də ABŞ-ın keçirdiyi əməliyyat nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun generalı Qasım Süleymani Bağdad hava limanı yaxınlığında həlak olmuşdu.

Əlavə edək ki, yanvarın 6-da Tramp seçkilərə etiraz məsələsində sonuncu addımını atacaq. Konqres yanvarın 6-da prezident seçkilərinin nəticələrini təsdiqləyəcək. Trampda öz növbəsində tərəfdarlarını həmin gün etiraz mitinqinə səsləyib.

ABŞ-da Trampın hakimiyyətdə olduğu 4 il müddətində ilk dəfə Konqres onun veto hüququnu üstələyib. Tramp dekabrın 23-də veto etdiyi 2021-ci ilin müdafiə büdcəsi qanununu Konqres üçdə iki səs çoxluğu ilə üstələyib.
Diaspora