Yunanıstan hökuməti beynəlxalq kreditorlara ölkədəki iqtisadi böhranı nizamlayacaq islahatların yeni variantını təqdim edib. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, Avroqrupda sənədlərin təqdim edildiyini təsdiqlənib.
Yeni islahatlar layihəsi kreditorları qane edəcəyi təqdirdə Yunanıstan dövlət borcu üzrə ödənişlər həyata keçirmək üçün maliyyə yardımının növbəti tranşını əldə edə biləcək.Əks təqdirdə iyulun 12-də keçiriləcək Aİ sammitində Yunanıstanın avrozonadan xaric edilməsi məsələsi müzakirəyə çıxarılacaq.
Yunanıstan hökuməti iddia edir ki, bir neçə verginin artırılmasını nəzərdə tutan yeni islahatlar proqramı büdcəyə əlavə 12 mlrd avro gəlir gətirəcək.
Bundan əvvəl beynəlxalq kreditorlar Yunanıstana 5 il əvvəl start götürmüş yardım proqramı çərçivəsində 200 mlrd avrodan çox vəsait ayırıb.