Ümumbelarus Xalq Məclisi heç bir Konstitusiya normasını dəyişdirməyəcək.
Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko söyləyib.Belarus liderinin sözlərinə görə, prezident vəzifəsi ölkədə qalacaq və ÜXM-nə böyük səlahiyyətlər verilməyəcək:
“Heç kim Ümumbelarus Xalq Məclisinə nəhəng səlahiyyətlər verməyəcək. Dövlət başçısı prezident olacaq. Onu xalq seçəcək. Baş nazir, millət vəkilləri və başqaları da olacaq”.
Qeyd edək ki, Lukaşenko altıncı Ümumbelarus Xalq Məclisinin 2021-ci ilin 11-12 fevral tarixlərində keçiriləcəyini bildirmişdi.