Banqladeşdə basabasda 17 nəfər həlak olub

Banqladeşdə basabasda 17 nəfər həlak olub backend

Banqladeşdə pulsuz paltar paylanılması zamanı yaranan basabas nəticəsində ən azı 17 nəfər həlak olub. QAZILER.AZ saytı bu barədə Trend-ə istinadən xəbər verir.

“Frans Press” agentliyinin məlumatına əsasən, hadisə Mimensinqx şəhərində baş verib. Yüzlərlə insan ensiz qapıdan paltar paylanılan fabrikə keçmək istəyəndə basabas yaranıb.

Həlak olanların əksəriyyəti qadınlardır.

Hadisə qurbanlarının sayı arta bilər.
Diaspora