Finlandiyalı yeniyetmə haker Culius Kivimaki ikiillik şərti həbs cəzasına məhkum edilib.
“zeekill” təxəllüsü ilə tanınan 17 yaşlı C.Kivimaki üzv olduğu "Lizard Squad” hakerlər qrupu üçün 50,7 min kibercinayətin törədilməsində təqsirli bilinib. Bundan başqa, məhkəmənin qərarına görə, o, gələcəkdə kibercinayətkarlıqla mübarizə aparmalı olacaq. Bunun necə baş verəcəyi barədə məlumat verilmir.
Kibercinayətkarı 2014-cü ilin sonunda informasiya təhlükəsizliyi mövzusunda yazılar yayan ABŞ jurnalisti Brayan Krebs ifşa edib. O, “Sky News” kanalına müsahibə verən şəxsin “Lizard Squad” qrupunun üzvü C.Kivimakinin olması iddiasını irəli sürüb. Jurnalistin materialı dərc edildikdən dərhal sonra finlandiyalı haker həbs olunub.
Müsahibə “Lizard Squad” Milad bayramı ərəfəsində “Microsoft” korporasiyasının “PlayStation Network” və “Xbox Live” servislərinin fəaliyyətini dayandırdıqdan bir neçə gün sonra işıq üzü görüb. Müsahibədə Rayan təxəllüslü haker servis sistemlərinə hücumun onların müdaxilədən mühafizə olunmamasını göstərmək məqsədi daşımasını bildirib.
Məlumata görə, C.Kivimaki 15 yaşından kibercinayətlər törətməyə başlayıb, - "Lenta” yazır.