Bu ölkədə siqaret qadağan olunacaq

Bu ölkədə siqaret qadağan olunacaq backend

Avstriyada qastronomiya obyektlərində tütün məmulatları qadağan ediləcək.

Lent.az-ın “qafqazinfo”-ya istinadən məlumatına görə, bu barədə müvafiq qanun Avstriya Parlamenti tərəfindən qəbul olunub. Koalisiyalı hökuməti təşkil edən Avstriya Sosial-Demokratlar, Avstriya Xalq və Yaşıllar Partiyalarının dəstəyi ilə qanun layihəsinin qəbulu üçün tələb olunan üçdəiki səs çoxluğu əldə edə edilib. Bununla da uzun illərdən bəri ətrafında ciddi müzakirələr aparılan məsələ tütün əleyhdarlarının qələbəsi ilə başa çatıb.

Qanun 2018-ci il mayın 1-dən qüvvəyə minəcək və bütün tütün məmulatlarının (siqaret, qəlyan və eləcə də elektron siqaretlər) istehlakını əhatə edəcəkdir. Bununla da tütün məmulatlarından istifadə olunduğu son ictimai məkan olan kafe və restoranlar da tütünsüz zonaya çevriləcəklər.

Qeyd edək ki, Avropa İttifaqının ondan artıq ölkəsində ictimai yerlərdə tütün məmulatlarından istifadə qadağandır.
Diaspora