ÜST virusun yeni növü barədə məlumatları şərh edib

ÜST virusun yeni növü barədə məlumatları şərh edib backend

Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) koronavirusun yeni ştamlarının ölümə təsiri barədə heç bir dəlil yoxdur.

RİA Novosti xəbər verir ki, bu barədə ÜST-nin Rusiyadakı nümayəndəsi Melita Vuinoviç bildirib.

“İndi heç bir dəlil yoxdur, bunun patogenliyə, xəstəyin ağırlıq dərəcəsinə, ölümə təsir etdiyini söyləmək üçün kifayət qədər məlumat yoxdur”, - o deyib.

Qeyd edək ki, koronavirusun mutasiya olunmuş növü dekabrın ortalarında aşkar edilib. Böyük Britaniya Səhiyyə Nazirliyi yeni SARS-CoV-2-nin adisindən daha sürətli yayıldığını və Londonda üstünlük təşkil etdiyini bildirib. Britaniyanın Baş naziri Boris Conson yeni ştammın ilkin variantdakına nisbətən 70% daha yoluxucu olduğunu söyləyib.

Bundan sonra 20-dən çox ölkə Britaniya ilə nəqliyyat əlaqələrini ləğv etməyə və ya məhdudlaşdırmağa qərar verib.

ÜST-dən həmçinin Niderland və Avstraliyada da koronavirusun yeni ştammının aşkar olunduğu bildirilib.