“Microsoft”da kütləvi ixtisarlar başladı

“Microsoft”da kütləvi ixtisarlar başladı backend

ABŞ-ın “Microsoft” korporasiyası yeni iri kütləvi ixtisarlar edəcəyi ilə bağlı məlumatı elan etməyi planlaşdırır. İKT.lent.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, bu proses mərkəzi aparatın işçilərinə də aid olacaq.

İxtisarlar həmçinin korporasiyanın bir çox filiallarından və “Mİcrosoft”un bu il aldığı “Nokia” şirkətinin smartfonlar şöbəsindən də yan keçməyəcək.

Ştatların yeni ixtisarları bu ilin iyunun 30-da ixtisar edilən 18 min iş yerinə əlavə olunacaq.

Xatırladaq ki, bu yaxınlarda məlum olub ki, “Microsoft” şirkəti internetdə reklamların yerləşdirilməsi üzrə biznesini AOL və “Appnexus” şirkətlərinə təhvil vermək niyyətindədir.
Diaspora