Dünyada koronavirusa yoluxanların son statistikası

Dünyada koronavirusa yoluxanların son statistikası backend

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 795 mindən çox artıb.

Qazilər.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 795 942 nəfər yeni koronavirusa yoluxub, 10 256 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 75 098 369, ölənlərin isə 1 680 339 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.