Koronavirus səbəbindən qadağa tədbirlərinə riayət edərək qız istəmə mərasimini onlayn şəkildə gerçəkləşdirən cütlük üzükləri də taxıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Türkiyənin Çankırı şəhərində onlayn formatda keçən elçilik mərasimi də maraqla qarşılanıb.Çankırıda özəl bir ofisdə çalışan 30 yaşlı xəritə mühəndisi Kadir Burak Özel ilə 25 yaşlı memar Afife Nur Özkan evlənməyə qərar vermiş və onların elçiliyi onlayn keçirilmişdir.
Elçilikdən olan kadrlar sosial mediada qısa müddətdə yayılaraq müzakirə mövzusuna çevrilib.
Həmin görüntüləri təqdim edirik:


