Rusiya Prezidenti Vladimir Putin hələ də smartfondan istifadə etmir.
Qazilər.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "Komsomolskaya pravda" radiosunun efirində bildirib."Onun smartfonu yoxdur, bu, sadəcə mümkün deyil", - deyə o vurğulayıb.
D. Peskov qeyd edib ki, V. Putin internetdən istifadə edir, lakin bunun üçün onun çox vaxtı yoxdur.