Putin Yeni ildə hər uşağa pul paylayacaq

Putin Yeni ildə hər uşağa pul paylayacaq backend

Rusiya iqtisadiyyatı yaxşı günlərini yaşamır. Buna baxmayaraq, şimal dövlətinin prezidenti uşaqları sevindirmək qərarına gəlib.

Qazilər.az Bizimyol.info-ya istinadla xəbər verir ki, Vladimir Putin Yeni ildə 7 yaşına qədər hər bir uşağa 5 min rubl (təxminən 70 dollar) paylayacaq. O bu barədə illik mətbuat konfransında bu haqda məlumat verib.

“Bu il, təəssüf ki, epidemioloji məhdudlaşdırma ilə bağlı uşaqların şənlik tədbirləri ləğv olunub. Bayram isə, əlbəttə, istənilən halda qeyri-adidir. Qərara gəldik ki, ölkə və dövlət olaraq uşaqlara hədiyyə edək”.

Ödəmələr zamanı ailələrin sosial durumu nəzərə alınmayacaq. Yəni 7 yaşına qədər bütün uşaqlara pul çatacaq.

Rusiyada ümumilikdə 12 milyon uşaq üçün 5 min rubl ödənəcək. Ödəmələrə 60 milyard rubl (təxminən 800 milyon dollar) gedəcək.