Türk professor koronavirus vaksinini 11 ay əvvəl hazırlayıbmış

Türk professor koronavirus vaksinini 11 ay əvvəl hazırlayıbmış backend

İndi türk professor Uğur Şahin dünyanın ən məşhur adamlarından sayılır.

Zarafat deyil, onun rəhbəri olduğu “BioNTech” şirkətinin hazırladığı vaksin bütün dünya üçün böyük ümidə çevrilib.

Qazilər.az Bizimyol.info-ya istinadla xəbər verir ki, Uğur Şahin koronavirus əleyhinə peyvəndin necə hazırlanması tarixini danışıb. Türk professorun sözlərinə görə, yanvarın 11-də çinli araşdırmaçıların virusun genetikası haqda danışmasından bu fikrə düşüb.

“Yanvarın 25-də 10 fərqli nümunə ortaya qoydum. Sonra ən uyğun vaksini bir-iki saata hazırladım”, - Uğur Şahin belə deyib.

Türk alim əvvəlcə virusun xarakterini müəyyənləşdirməyə çalışıb. Yanvarın 24-də “The Lancet”də bir xəbər oxuyub. Xəbərdə Uhana səyahət edən çinli ailədə infeksiyanın necə yayılmasından söhbət açılıb. Məlum olub ki, virusu yayan ailə üzvündə heç bir simptom qeydə alınmayıb. Uğur Şahin simptomsuz yayılma ehtimalını vaksində nəzərə alıb.

Uğur Şahin sınaqlara xeyli vaxt sərf edib. Təkcə martda 43.5 min könüllünün iştirakı ilə sınaq keçirilib.