Ermənistanın Baş naziri Nikol Paşinyanın atası vəfat edib.
Qaziler.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan baş nazirinin atasının müalicə aldığı "Nairi" tibb mərkəzindən bildirilib.Vova Nikoloviç Paşinyan uzun sürən xəstəlikdən sonra 81 yaşında vəfat edib.
Bildirilir ki, Vova Paşinyan onkoloji xəstəlikdən ölüb.
Qeyd edək ki, Vova Paşinyan iki dəfə evlənib. Onun ilk evliliyindən üç oğlu olub: Artak, Armen və Nikol.
Nikol Paşinyanın 12 yaşı olanda anası xəstəlikdən vəfat edib. Vova Paşinyan ikinci dəfə Yercanik Çibuxçyanla ailə qurub. Vova Paşinyan uzun illər yerli məktəblərdən birində bədən tərbiyəsi müəllimi işləyib.