Putin Baydeni təbrik edib

Putin Baydeni təbrik edib backend

Rusiya Prezidenti Vladimir Putin Cozef Baydeni ABŞ-ın yeni prezidenti seçilməsi münasibətilə təbrik edib.

Qazilər.az xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb.

“Öz tərəfimdən sizinlə qarşılıqlı əlaqə və təmasa hazıram”, - V.Putin qeyd edib.

Xatırladaq ki, Cozef Bayden lazım olan 270 səs baryerini aşaraq prezidentlik yarışında qalibiyyətini rəsmiləşdirib.