İraqın Mosul şəhərində İŞİD yaraqlılarının iftar yeməyinə zəhər qatılıb. AzNews.az İRNA agentliyinə istinadən xəbər verir ki, zəhərlənmə nəticəsində 45 yaraqlı öldürülüb, 100 nəfər isə xəstəxanaya aparılıb.
Mənbənin verdiyi məlumata görə, əhali İŞİD-in törətdiyi qətliamlara görə bu şəkildə intiqam almaq istəyib.
Xəstəxanaya aparılan yaraqlılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.