Latviyanın sabiq prezidenti Andris Berzinş simvolik olaraq Riqa qalasının açarını yeni prezident Raymons Veyonisə verib.
QAZİLER.AZ saytı AzNews.az-a istinadən xəbər verir ki, bu haqda məlumatı “mixnews.lv” saytı yayıb.
Məlumata görə, hazırkı və keçmiş prezidentlər mərasimdə bir-birinin əlini sıxıb. Həmin vaxt isə uşaq xoru Latviya himnini oxuyublar.
Daha sonra Veyonis prezident kreslosunda oturub, Berzinş isə əlini dəstək olmaq üçün onun çiyninə qoyub.
Qeyd edək ki, bu gün Latviya Seyminin növbədənkənar iclasında iyun ayının 3-də prezident seçilən Raymond Veyonis and içib və rəsmən prezidentlik fəaliyyətinə başlayıb.