Pakistanın Pencab əyalətində partlayış baş verib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, Ravalpindi şəhərində baş verən partlayış nəticəsində azı 25 nəfər xəsarət alıb.Bildirilir ki, xəsarət alanlardan üçünün vəziyyəti ağırdır.
Partlayışın səbəbi barədə məlumat verilmir. İnsidentlə bağlı araşdırma aparılır.