Hadisə Çinin Şansi əyalətində baş verib
Qaziler.az bildirir ki, Çinin Şansi əyalətində ac pələng sirk nümayişi zamanı məşqçiyə hücum edib. Hadisənin video görüntüsü Daily Mail tərəfindən yayımlanıb.Zərərçəkmiş şəxs ona hücum edən yırtıcının pəncəsindən xilas ola bilib və o yüngül xəsarətlərlə xətəxanaya yerləşdirilib.
Ac pələng çıxış zamanı təlimçinin üstünə atılıb. Şahidlər qorxmuş tamaşaçıların gözü qarşısında baş verən hadisənin görüntülərini qeydə ala biliblər.
Sirkin əməkdaşları öz həmkarlarına köməyə gəlib və vəhşi heyvanı uzun taxta vasitəsi ilə kənarlaşdıra biliblər.
Yerli orqanlar bildirib ki, artist ölümcül yara almayıb. Polisin məlumatına görə, heyvanın sahibi onu yaxşı yemləmədiyindən, yırtıcı elə arenada təlimçiyə hücum edib. Zərərçəkən dərhal xəstəxanaya yerləşdirilib. Daily Mail-in yazdığına görə, yırtıcının dişləri də o hələ bala olarkən çıxarılıb ki, sirk artistlərinə təhlükə yaratmasın.