“Baharın 17 anı”nın aktyoru vəfat etdi

“Baharın 17 anı”nın aktyoru vəfat etdi backend

Rusiyanın xalq artisti Valentin Qaft 85 yaşında dünyasını dəyişib.

Qazilər.az xəbər verir ki, bu barədə məlumatı onun həyat yoldaşı Olqa Ostroumova verib.

Bildirilib ki, aktyorun ölümünə səbəb insult olub. “Sovremennik” teatrında vida mərasimi keçiriləndən sonra mərhum dekabrın 15-də Troyekurov qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, Valentin Qaft 100-dən artıq filmdə rol alıb. Onların sırasında “Qaraj”, “Baharın 17 anı”, “Salam, mən sizin xalanızam!”, “12” və s. var. Onun teatral karyerasının böyük qismi “Sovremennik” teatrında olub. Valentin Qaft RSFSR-in xalq artistidir, II, III və IV dərəcəli “Vətənə xidmətə görə” orden kavaleridir.