Türkiyədən Çinə gedən ilk yük qatarı Gürcüstana çatıb

Türkiyədən Çinə gedən ilk yük qatarı Gürcüstana çatıb backend

Türkiyədən Çinə yola çıxan ilk ixrac qatarı dekabrın 7-də Gürcüstanın Axalkalaki şəhərinə çatıb.

APA-nın Türkiyə bürosunun "Anadolu" agentliyinə istinadla verdiyi xəbərə görə, dekabrın 4-də İstanbuldan yola çıxan qatar Türkiyənin Qars stansiyasından keçərək yerli vaxtla saat 22:30-da Kartsaki stansiyasına çatıb.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Transxəzər Şərq-Qərb dəhlizi vasitəsilə Çin istiqamətində hərəkət edən qatar ümumilikdə 8693 kilometr yol gedəcək. 2 qitə, 2 dəniz və 5 ölkədən keçən yük qatarının 12 gündə mənzil başına çatması nəzərdə tutulub.