Ermənistan paytaxtında baş naziri Nikol Paşinyanın istefası tələbilə aksiyalar keçirilir.
Müxalifət sabah, 9 dekabrda etirazların davam edəcəyini bəyanlayıb. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Daşnaksütyun partiyasının ali orqanının nümayəndəsi İşxan Saqatelyan özünün feysbuk səhifəsində anons edib.Saqatelyan günün ikinci yarısında, saat 16.00-da hamını Ermənistan parlamentinin qarşısında toplaşmağa çağırıb. “Vətənimizi birlikdə xilas edək”, - Daşnaksütyun təmsilçisi etirazçılara xitabən yazıb.
Musavat.com